Bakıda ŞOK - Qadını döyüb maşınını əlindən aldılar
Bizi izləyin

Kriminal

Bakıda ŞOK - Qadını döyüb maşınını əlindən aldılar

Abşeron rayon sakininə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Publika.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini İ.İbrahimova fevralın 26-da “Mercedes” markalı avtomobilində Bakı şəhər sakini olan tanışı F.Quliyevanı Biləcəri qəsəbəsindən evinə aparmaq istəyərkən onun tanışları olan 3 nəfər tərəfindən döyülərək nəqliyyat vasitəsinin və mobil telefonunun alındığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Qazax rayon sakini N.Gülümcanov, Abşeron rayon sakini A.Qasımov və paytaxt sakini E.Qasımov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Avtomobil və mobil telefon sahibinə qaytarılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm