Antalyada müəmmalı şəkildə ölən azərbaycanlı prokurorla bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI: atası həyat yoldaşını... - - FOTO
Bizi izləyin

Kriminal

Antalyada müəmmalı şəkildə ölən azərbaycanlı prokurorla bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI: atası həyat yoldaşını... - - FOTO

Türkiyənin Antalya şəhərində istirahət etdiyi hoteldəki idman zalında dünyasını dəyişən azərbaycanlı prokuror Emin Hüseynovun atası Bəybala Hüseynov Antalya Respublika Prokurorluğuna şikayət məktubu ünvanlayıb.

Publika.az “Hürriyet”ə istinadən xəbər verir ki, atası 29 yaşında dünyasını dəyişən oğlunun zəhərlənərək öldürüldüyündən şübhələnir.

B.Hüseynovun iddiasına görə, oğlu yerləşdirildiyi xəstəxanada tibbi ekspertizaya verilməyib. Hüquq-mühafizə strukturlarına xəbər verilmədən nəşi Azərbaycana göndərilib. Oğlunun ölmədən 1 gün əvvəl tətil proqramında olmamasına rəğmən, yaxta turuna çıxarıldığını bildirən ata zəhərlənmə olayının məhz bu zaman həyata keçirildiyindən şübhələndiyini qeyd edib. O, turu təşkil edən şəxs və ya şirkəti axtarıb, lakin tapa bilməyib. Eminin qanında yüksək miqdarda prokalsiton aşkarlandığını vurğulayan Bəybala Hüseynov bunun zəhərlənmə nəticəsində meydana çıxdığını, mütəxəssislər tərəfindən faktın təsdiqləndiyini bildirib.

Qeyd edək ki, Emin Hüseynov 2017-ci ildə həyat yoldaşı ilə birlikdə Antalyaya tətilə gedib. O, 5 ulduzlu hoteldə 18 avqust, günorta saatlarında idman zalında məşq edərkən halı pisləşib və yerə yıxılıb. Zaldakılar dərhal təcili yardım çağırıb və Hüseynov Akdeniz Universitetinin xəstəxanasına aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Emin Hüseynovun vəkili Elçin Məmməd prokurorun həyat yoldaşı və tətili təşkil edən firmanın sahibi haqqında Azərbaycanda məhkəməyə şikayət məktubu yollayıb. Prokurorun ölümündə şübhəli bilinən həyat yoldaşı hadisədən dərhal sonra onun telefonundakı bilgiləri silib. Məhkəmədə isə bu barədə verilən suallara yanlış və qarışıq cavablar verib. O, həyat yoldaşı xəstəxanada yatdığı zaman hoteldə keçirilən konsertə belə gedib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm