Bakıda bağlı qalan 5 cinayətin üstü açıldı
Bizi izləyin

Kriminal

Bakıda bağlı qalan 5 cinayətin üstü açıldı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də 18 cinayətin üstü açılıb.

Publika.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Xuliqanlıq üzrə 11, narkotiklərlə əlaqəli 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 5 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 38 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm