Qardaşını bıçaqladı, atasını pilləkənə itələyib öldürdü - AİLƏ FACİƏSİ
Bizi izləyin

Kriminal

Qardaşını bıçaqladı, atasını pilləkənə itələyib öldürdü - AİLƏ FACİƏSİ

Daxili İşlər Nazirliyi dünən Şirvan şəhərində törədilmiş qətllə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 11-də Şirvan şəhərində yaşayan Elşən Xanışovun evində ailə-məişət münaqişəsi zəminində qardaşı Elçinə bıçaqla xəsarət yetirməsi və onları sakitləşdirməyə cəhd göstərən atası Zeynalı itələdiyindən sonuncunun pilləkəndən yıxılaraq ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal Şirvan şəhər polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Xanışov saxlanılıb.

Şirvan şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm