Bakının mərkəzində silahlı şəxs tutuldu
Bizi izləyin

Kriminal

Bakının mərkəzində silahlı şəxs tutuldu

Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb. Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş paytaxt sakini Ağamehdi İslamov Nəsimi rayonu ərazisində tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd "Makarov” markalı atəşə yararlı tapança, 7 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı 21-cİ Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm