Bakıda ŞOK ƏMƏLİYYAT – Bacı-qardaş və ər-arvad tutuldu
Bizi izləyin

Kriminal

Bakıda ŞOK ƏMƏLİYYAT – Bacı-qardaş və ər-arvad tutuldu

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Publika.az xəbər verir ki, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini F.Hüseynov və bacısı saxlanılıblar. Şəxsi axtarış zamanı F.Hüseynovdan heroin və metamfetamin, bacısından isə metamfetamin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onların yaşadıqları mənzildən isə əlavə olaraq 645 qram marixuana və 8 qrama yaxın heroin götürülüb.

Bundan başqa Xətai RPİ 35-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini R.Abdullayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq heroin və metamfetamin götürülüb. Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri M.Məmmədov və həyat yoldaşı müəyyən edilərək saxlanılıblar. Şəxsi axtarış zamanı M.Məmmədovdan 5 qrama yaxın heroin və həyat yoldaşından isə 8 qrama yaxın heroin və 5 qrama yaxın metamfetamin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onların kirayədə yaşadıqları mənzildən isə əlavə olaraq 331 qrama yaxın heroin, 75 qrama yaxın metamfetamin və 35 ədəd metadon aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm