Kriminal
Bakıda kişidən hamilə arvadına qarşı İYRƏNC HƏRƏKƏT
Bakıda xüsusi amansızlıqla arvadını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Xəyal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Siyavuş Hacıyevin icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.
İttihama görə, ötən ilin avqustunda Sabunçu rayonu Maştağa qəsəbəsində Xəyal Məmmədov arvadı, 1988-ci il təvəllüdlü Günay Məmmədova ilə ailə münaqişəsi zəminində mübahisə edib.
Mübahisə zamanı Günay Məmmədova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Qadının üzərində 19 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilib və qadın cərrahi əməliyyat olunub. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Günay Məmmədova Xəyal Məmmədovun həm də doğma əmisi qızıdır.
Cütlüyün 4 övladı var. Hadisə baş verən zamanı Günay Məmmədova üç aylıq hamilə olub. Əməliyyat zamanı qadının həmin uşağı tələf olub.
Sabunçu rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 14-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törədən Xəyal Məmmədov tutulub.
İstintaq orqanı tərəfindən Xəyal Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL