İşçi mağazadan 200 min manatlıq ərzaq oğurladı - BAKIDA
Bizi izləyin

Kriminal

İşçi mağazadan 200 min manatlıq ərzaq oğurladı - BAKIDA

Bakıda mağazadan oğurluq edən şəxs tutulub.

Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən oranın keçmiş işçisi olan Ucar rayon sakini K.Hüseynov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun 2019-cu il dekabr ayının 10-dan cari il mart ayının 19-dək olan müddətdə həmin marketin anbarından naməlum şəxslərlə birgə 200 000 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm