Kriminal
Bakıda evləri talayan şəxslər tutuldu - FOTO
Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə martın 17-də Binə qəsəbəsində yaşayan Ə.Dünyamalıyevin evinə pəncərədən girmək yolu ilə oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bölmə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər – Lerik rayon sakini Ceyhun Nəzərov və əvvəllər məhkum olunmuş Masallı rayon Rahib Sadıxov polis əməkdaşları tərəfindən saxlanılıb.
Onların ətraflarında aparılmış tədbirlərlə hər iki şəxsin daha 4 evdən ümumilikdə 6600 manat pul, 6200 manat dəyərində qızıl-zinət əşyaları, 4 ədəd mobil telefon və sənəd oğurlamaları, 1 evdən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR