Atadan əlil oğluna qarşı DƏHŞƏTLİ ƏMƏL – Baltayla...
Bizi izləyin

Kriminal

Atadan əlil oğluna qarşı DƏHŞƏTLİ ƏMƏL – Baltayla...

Türkiyədə ata fiziki məhdudiyyətli oğlunu amansızlıqla qətlə yetirib.

Publika.az xəbər verir ki, Ankaranın Keçiören məhəlləsində Osman D. adlı şəxs əlil oğlu Receb D-nı baltalayaraq amansızlıqla öldürüb.

Belə ki, ata evin yataq otağında balta il oğlunun başına zərbələr endirərək onu qətlə yetirib.

Osman D. ilkin ifadəsində bildirib ki, oğlu son illər çox aqressiv olub: “2 il idi həblərini qəbul etmirdi və çox aqressiv idi. Məndən daim pul tələb edirdi. Sonuncu dəfə də pul istəyəndə mübahisə baş verdi və ağır söyüşlər işlətdi. Əsəbi şəkildə yataq otağından baltanı götürüb onu arxadan vurmaq istədim. Bu zaman mənə tərəf döndü və balta alnına dəydi”.

Oğlunu qətlə yetirən ata törətdiyi əmələ görə peşman olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm