Bakıda DƏHŞƏT: Qardaşının arvadını öldürdü
Bizi izləyin

Kriminal

Bakıda DƏHŞƏT: Qardaşının arvadını öldürdü

Bakıda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, martın 26-da Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Laləzər Kərimlinin evində qətlə yetirilməsi barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq-əməliyyat tədbirləri ilə L.Kərimlinin qaynı, əvvəllər məhkum olunmuş S.Kərimov tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirilməsi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Kərimov saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm