Azərbaycanda əməliyyat: pul alarkən tutuldu - RƏSMİ
Bizi izləyin

Kriminal

Azərbaycanda əməliyyat: pul alarkən tutuldu - RƏSMİ

Ağcabədidə şantajla məşğul olan şəxsntutulub.

Publika.az xəbər verir ki, martın 30-da Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini T.Məmmədov həmyerlisi, əvvəllər məhkum olunmuş S.Muradovun ona hədə-qorxu gəlib 2000 manat pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Muradov həmin gün Hindarx qəsəbəsi ərazisində hədə-qorxu ilə tələb etdiyi 2000 manatdan 300 manatı alarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm