Bakıda villanın həyətindən 14 min manatlıq oğurluq
Bizi izləyin

Kriminal

Bakıda villanın həyətindən 14 min manatlıq oğurluq

Bakıda bağ evinin həyətindən oğurluq edilib.

Publika.az xəbər verir ki, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-dən 5-dək olan müddətdə Şüvəlan qəsəbəsi ərazisindəki bağ evlərindən birinin həyətindən 14.100 manat dəyərində metal hissələr, 5 ədəd su nasosu və 2 ədəd qaynaq aparatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Ələkbərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm