Karantin rejimini pozdu - Üstündən 350 qram narkotik tapıldı
Bizi izləyin

Kriminal

Karantin rejimini pozdu - Üstündən 350 qram narkotik tapıldı

Zaqatalada karantin rejimini pozan şəxsdən külli miqdarda narktik götürülüb.

Publika.az xəbər verir ki, koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi karantin rejimi müddətində Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini E.Cavadzadənin sənədləri yoxlanılarkən onun rejim qaydalarını pozaraq icazəsiz çölə çıxdığı müəyyən edilmişdir. Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən E.Cavadzadənin narkotik vasitə daşımasına əsaslı şübhələr müəyyən edildiyindən o, Polis Şöbəsinə gətirilmişdir.

Şəxsi axtarış zamanı ondan 1 ədəd sellofan torbada ümumi çəkisi 350 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm