Azərbaycanda güllələnmə - Sərxoş halda atəş açdı
Bizi izləyin

Kriminal

Azərbaycanda güllələnmə - Sərxoş halda atəş açdı

Xaçmazda silahlı insident baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, aprelin 16-da saat 23 radələrində Xaçmaz rayonunun Ağtala kəndi ərazisində kənd sakini F.Quliyevin münaqişə zəminində həmkəndlisi olan qayını M.Allahverdiyevə tüfəngdən atəş açıb bud nahiyəsinə xəsarət yetirməsi barədə RPŞ-yə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb. F.Quliyev saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm