Hamilə arvadının başını kəsərək öldürdü - Azərbaycanda DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - - VİDEO
Bizi izləyin

Kriminal

Hamilə arvadının başını kəsərək öldürdü - Azərbaycanda DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - - VİDEO

Abşeronda baş verən qət hadisəsi iilə bağlı bəzi təfərrüat məlum olub.

Ötən gecə Anar Bəkirovun öldürdüyü həyat yoldaşı Leyla Bəkirova 7 aylıq hamilə imiş.

Məlumata görə, A.Bəkirov qadının döş nahiyəsinə 3 dəfə bıçaq zərbəsi endirib və daha sonra onun boğazını kəsib.

Xatırladaq ki, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

xxx

10:50Video əlavə olunub.

xxx

Abşeron rayonun Qobu qəsəbəsində dəhşətli qətl törədilib.

Publika.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, dünən saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm