Xəzərdə silahlı insident: Bir azərbaycanlı balıqçı öldü, digərləri isə...
Bizi izləyin

Kriminal

Xəzərdə silahlı insident: Bir azərbaycanlı balıqçı öldü, digərləri isə...

Xəzər dənizinin Azərbaycanla Qazaxıstan sərhəddində insident zamanı odlu silahdan istifadə edilib.

Hadisə zamanı bir vətəndaşımız dünyasını dəyişib, ikisi yaralanıb, digəri isə həbs olunub.

Mərhumun qardaşı Malik İbrahimov bildirib ki, sonuncu dəfə 51 yaşlı qardaşı Qəhrəman evdə olub. Hadisə isə iki gün sonra baş verib. Ehtimala görə, balıqçı qayığının motorunda nasazlıq yaranıb, nəticədə dalğalar qayığı Qazaxıstan ərazisinə aparıb.

Qəhrəman İbrahimovdan başqa qayıqda Neftçala sakinləri, 44 yaşlı Elşən Əhmədov, 50 yaşlı Şakir Novruzov, 41 yaşlı Emin Nuriyev də olub.

İlkin məlumata görə, Qazaxıstanın qanunları əsasında balıqçılardan biri barəsində iki aylıq həbs qəti imkan tədbiri seçilib, digər iki nəfər isə xəsarət aldığından xəstəxanaların birində müalicə olunur. Faktla bağlı araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm