DİN ər və arvadın öldürülməsi ilə bağlı məlumat yaydı
Bizi izləyin

Kriminal

DİN ər və arvadın öldürülməsi ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi İsmayıllı rayonunda törədilm iş qətllə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 9-da saat 10 radələrində İsmayıllı rayonunun Bizlan kəndində 82 yaşlı Zakir Tapdıqovun və arvadı 66 yaşlı Zərinə Məmmədovanın küt alətlə qətlə yetirilmiş meyitlərinin yaşadıqları evdə tapılması barədə RPŞ-yə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kənd sakini V.Qədirov polis əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində saxlanılıb.

Araşdırmalarla onun 1 gün əvvəl Z.Tapdıqovu və Z.Məmmədovanı qətlə yetirdikdən sonra qardaşı Ş.Qədirova tüfəngdən atəş açması, sonra isə onun evini yandırması da müəyyən edilib.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm