Bakıda 36 min dollarlıq oğurluğun üstü belə açıldı - MARAQLI TƏFƏRRÜAT - (YENİLƏNDİ)
Bizi izləyin

Kriminal

Bakıda 36 min dollarlıq oğurluğun üstü belə açıldı - MARAQLI TƏFƏRRÜAT - (YENİLƏNDİ)

Bakıda xəstəxanaya müraciət edən şəxsin cinayəti üzə çıxıb.

1983-cü il təvəllüdlü Hacıyev Alqayıt Gülağa oğlu bir neçə gün əvvəl Nəsimi rayonunda avtomobildən 36 min ABŞ dolları oğurlayıb.

O, hadisə yerini tərk edən zamanı ehtiyatsızlıqdan yıxılaraq ayağını sındırıb.

A.Hacıyev səhhətində yaranan problemlərə görə ötən gün xəstəxanaya müraciət edib. Onun özünü şübhəli aparması polis əməkdaşlarının diqqətini cəlb edib.

Daha sonra A.Hacıyev polis tərəfindən saxlanılıb. Bu zaman o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır. (report)

xxx

Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.

Publika.az xəbər verir ki, hadisə mayın 14-də Nəsimi rayonu “28 May” küçəsində baş verib. Bakı şəhər sakini F.Məmmədova məxsus “Mercedes” markalı avtomobildən 36 min dollar pul oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qubadlı rayon sakini, əvvəllər zorlamaya görə məhkum olunan Alqayıt Hacıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm