• USD 1,7000 0,00% EUR 1,9289 +1,16%
    • GBP 2,1442 +0,56% RUB 0,0246 -0,81%

Bakıda əməliyyat - Silahlı şəxslər həbs edildi

  • Kriminal
  • 22 May 2020 09:51
  • 614 Baxış
Bakıda əməliyyat - Silahlı şəxslər həbs edildi

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Babək prospektində gecə saatlarında naməlum şəxslər Bakı şəhər sakini Real İsgəndərovun qarşısını kəsiblər.

Həmin şəxslər Real İsgəndərovahədə-qorxu gələrək, 650 manatını və mobil telefonunu alıblar.

Zərərçəkmiş hadisə ilə bağlı polisə məlumat verib.

Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini, 1965-ci il təvəllüdlü Cahangir Nağıyev, Zəngilan rayon sakini, 1988-ci il təvəllüdlü Şahmar İsazadə, Şirvan rayon sakini, 1995-ci il təvəllüdlü Röyal Mirzəyev və Füzuli rayon sakini, 1995-ci il təvəllüdlü Rahil Həsənov saxlanılıblar.

Röyal Mirzəyevin idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış keçirilərkən oradan 1 ədəd bıçaq, 1 ədəd balta, 1 ədəd qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR