• USD 1,7000 0,00% EUR 1,9066 +0,12%
    • GBP 2,1321 -0,34% RUB 0,0248 0,00%

Bakıda quldurlara qarşı əməliyyat - 3 nəfər həbs edildi

Bakıda quldurlara qarşı əməliyyat - 3 nəfər həbs edildi

Bakıda quldurluqla məşğul olan şəxslər tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 22-də saat 2 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini X.Arıqovun idarə etdiyi “Xəzər” markalı avtomobilə sərnişin qismində oturmuş 3 nəfərin Binə qəsəbəsi ərazisində onu bıçaqla hədələyərək 100 manatını almaları barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Mustafayev, N.Abbasov və əvvəllər məhkum olunmuş İ.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR