"07"ni almaq adı ilə qaçırıb satdı - VİDEO
Bizi izləyin

Kriminal

"07"ni almaq adı ilə qaçırıb satdı - VİDEO

Ağsu rayonunda avtomobil oğurlayan şəxs tutulub.

Publika.az ATV-yə istinadla xəbər verir ki, rayon sakini Rabil Abuzərov polis şöbəsinə müraciət edərək ona məxsus olan "VAZ 2107" markalı avtomobilin naməlum şəxs tərəfindən oğurlandığını bildirib:

"Dedi sabah atamla gəlib avtomobilə baxacağıq. Səhəri gün gəldi, avtomobili dayısı adlandırdığı adamın həyətinə sürdürdü. Atasının ora gələcəyini bildirdi. Oturdu maşına, dala-qabağa edib, aradan çıxdı".

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran, əvvəllər də məhkum olunmuş kürdəmir rayon sakini Araz Vəliyev saxlanılıb.

O, qaçırdığı avtomobili Şirvan şəhər sakini Məmmədov İlqara satıb.

Hər iki şəxs Şirvan şəhərində saxlanılaraq Ağsu rayon PŞ-nə gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm