Dostunu kürəyindən bıçaqladı
Bizi izləyin

Kriminal

Dostunu kürəyindən bıçaqladı

Bu gecə Bakıda növbəti bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Xocahəsən yolunda qeydə alınıb.

1973-cü il təvəllüdlü Şahverdiyev Eldəniz Əli oğlunun dostu ilə mübahisəsi onun bıçaq zərbəsi alması ilə nəticələnib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. / “Report”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm