Kriminal
Azərbaycanda daha bir vəzifəli şəxs barəsində cinayət işi açıldı
Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində prokurorluq orqanları tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Publika.az Baş Prokurorluğa istinadən xəbər verir ki, Masallı rayonun Ərkivan-Kosakül ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq qazılıb daşınması barədə Masallı rayon prokurorluğundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Masallı rayon Ərkivan bələdiyyəsinin sədri vəzifəsini icra etmiş Anar Rəcəbovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini qəsdən pozaraq 2015-2016-cı illər ərzində bələdiyyənin mülkiyyətində olan 5 hektar kənd təsərrüfatı kateqoriyalı, örüş təyinatlı torpaq sahələrinin xüsusi texnikanın köməkliyi ilə qazılaraq gil və qum çınqıl yatağının daşınması nəticəsində yararsız vəziyyətə salınmasına şərait yaradıb təbiətə ümumilikdə 644 min manat məbləğində ziyan vurmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!