Daşkəsəndə DƏHŞƏT - 20 yaşlı oğlan bacısını... - (YENİLƏNDİ)
Bizi izləyin

Kriminal

Daşkəsəndə DƏHŞƏT - 20 yaşlı oğlan bacısını... - (YENİLƏNDİ)

Daşkəsən rayon Prokurorluğu rayon ərazisində 24 yaşlı qızın öldürülməsi ilə bağlı məlumat yayıb.

Publika.az-a daxil olan açıqlamada bildirilir ki, aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Elvin Abbasovun qısqanclıq zəminində bacısı, 1996-cı il təvəllüdlü Elgün Abbasovanın başına odun parçası vurmaqla onu qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Daşkəsən rayonunda qadın öldürülüb.

Rayonun Əhmədli kəndinin sakini Elgün Abbasova qətlə yetirilib.

E.Abbasovanın qətlinin kim tərəfindən törədildiyi araşdırılır. Belə ki, qadının atası Elşah Abbasov hüquq-mühafizə orqanlarına qızını qətlə yetirdiyini bildirib.

Qadının qardaşı Elvin Abbasov isə hüqiq-mühafizə orqanlarına bacısını qısqanclığa görə məhz özünün öldürdüyünü deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi ilə bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm