Sumqayıtda 2 nəfərin öldürüldüyü hadisədən YENİ XƏBƏR
Bizi izləyin

Kriminal

Sumqayıtda 2 nəfərin öldürüldüyü hadisədən YENİ XƏBƏR

Dünən axşam saatlarında Sumqayıt şəhərində gənclər arasında baş verən və 2 nəfərin öldürülməsi ilə nəticələnən kütəvi dava ilə bağlı bəzi məqamar üzə çıxıb.

Publika.az xəbər verir ki, borc pula görə yaranan mübahisə səbəbindən 2 qrup gənc şəhərin 10-cu mikrorayonu ərazisində görüş təyin ediblər. Onlar Qarabağ kinoteatrının yaxınlığındakı parkda görüşüblər. Bu zaman tərəflər arasında münaqişə yaranıb. Dava-dalaş zamanı 1988 ci il təəvəllüdlü Qasımov Zöhrab Vəli oğlu və 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğlu bıçaqlanaraq öldürülüb.

1985-ci il təvəllüdlü Qasımov Tofiq Vəli oğlu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bidirilir ki, hadisədə iştirak edən 2 nəfərin kimliyi artıq müəyyən edilib.

Əməliyyat-axtarış tədbirəri davam etdirilir.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm