Ağdaşda azyaşlıya qarşı İYRƏNC ƏMƏL
Bizi izləyin

Kriminal

Ağdaşda azyaşlıya qarşı İYRƏNC ƏMƏL

Ağdaş rayonunda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edilib.

Teleqraf.com xəbər verir ki, Ağdaş rayonunda Orxan Məmmədov azyaşlıya təcavüz etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Orxan Məmmədov həbs edilib.

İstintaq orqanı tərəfindən Orxan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Ağdaş rayon Məhkəməsində hakim Nizam Əliyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin edilib.

Orxan Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm