2 yaşlı uşağı vəhşicəsinə öldürdü, anasını isə...- TƏRTƏRDƏKİ DƏHŞƏTLİ OLAYIN TƏFƏRRÜATI
Bizi izləyin

Kriminal

2 yaşlı uşağı vəhşicəsinə öldürdü, anasını isə...- TƏRTƏRDƏKİ DƏHŞƏTLİ OLAYIN TƏFƏRRÜATI

Ötən gecə Tərtər rayonunda 2 yaşlı uşağın vəhşicəsinə öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.

Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 2018-ci il təvəllüdlü Ömər Ağazadəni kənd təsərrüfatında alaq təmizləmək üçün istifadə edilən alətlə vururaq qəsdən öldürən 32 yaşlı Elmir Hüseynov uşağın atası ilə dayınəvəsi-bibinəvəsidir.

İlkin araşdırmalar zamanı məlum olub ki, E.Hüseynov uşağın başına zərbələr endirərək onu öldürəndən sonra azyaşlının anasına da hücum edib. Qadına kütəklə zərbələr endirən şəxs onun qolunu sındırıb.

Bildirilir ki, hadisədən əvvəl kənddə “Xırman” adlanan yerdə E.Hüseynov Ö.Ağazadənni atası və digər 4-5 nəfərlə birlikdə söhbət edirmiş. Daha sonra uşağın atası vaxtsız vəfat edən anasının məzarını ziyarət etmək üçün qəbiristanlığa gedib.

Cəmiyyətdə normal adam kimi tanınan və 4 azyaşlı uşaq atası olan Elmir Hüseynov isə məhəllədə qalıb və yaxın qohumlarının həyətində olarkən qəfildən 2 yaşlı uşağa hücum edərək onun başına güclü zərbələr endirib. Bu zaman hadisə yerinə gələn azyaşlının anası da hücuma məruz qalıb.

Qeyd edək ki, hadisəni törədən şəxs Xanqərvənd kəndində deyil, Tərtər şəhərində yaşayır və aradabir qohumlarını görmək üçün kəndə gəlirmiş.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm