Bakıda öldürülən idmançının FOTOSU - Hadisənin şok səbəbi
Bizi izləyin

Kriminal

Bakıda öldürülən idmançının FOTOSU - Hadisənin şok səbəbi

Ötən gecə Bakı şəhər Surxanı rayonunda törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində 7 gözəl adlanan yerdə - Katv binasının yanında ürəyindən bıçaqlanaraq öldürülən 1979-cu il təvəllüdlü Mail Mustafayevin idmançı olduğu məlum olub. O, həm də kriminal aləmə yaxın şəxs kimi tanınıb və əvvəllər məhkum edilib.

M.Mustafayevi bir bıçaq zərbəsi ilə qətlə yetirən 1989-cu il təvəllüdlü Aslan Sadıqov hadisədən dərhal sonra polis şöbəsinə gedərək təslim olub.

Bildirilir ki, hadisə söyüş üstündə olub. Hövsan qəsəbə sakini olan bir xanım isə M.Mustafayevin son günlərdə bir neçə qadına söz atdığını, onlara telefon nömrəsini verməyə çalışdığını bildirib.

Qətlə yetirilən 41 yaşlı Mailin fotosunu təqdim edirik.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm