Kriminal
“Amrahbank”ın sahibinin oğlu həbs edildi
Tanınmış prokuror Yusif İldırımzadənin qardaşı oğlu, bir müddət əvvəl bağlanan "AmrahBank"ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə həbs edilib.
Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ü. İldırımzadə "AmrahBank"ın Müşahidə Şurasının sədri Y. İldırımzadənin müşaviri olub.
O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.
İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsi tərəfindən Ü. İldırımzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə Baş prokuror Kamran Əliyevin əmri ilə təqaüdə göndərilib.
Y. İldırımzadə sabiq Daxili İşlər naziri Ramil Usubovun qudasıdır.
Xatırladaq ki, "AmrahBank" aprelin 28-i bağlanıb.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR