İdmançı şəhid qızını təhdid etdi: "Dini qruplarla gecə zala yığılıb, müəmmalı və..."
Bizi izləyin

Kriminal

İdmançı şəhid qızını təhdid etdi: "Dini qruplarla gecə zala yığılıb, müəmmalı və..."

"Mən Ramazanova Xavər Nurəddin qızı Qurban Abbasov adına Mədəniyyət Sarayının direktoru olaraq orada fəaliyyət göstərən dərnək və hazırlıq kursları rəhbərləri ilə görüşərək sarayın işini yaxşılaşdırmaq məqsədilə plan hazırladıq. Sarayın idman zalını mənim direktor olduğum müddətdən öncə icarəyə götürən Məmmədov Ricad ora idman müəllimləri cəlb edərək dövlətə məxsus olan əmlakı öz şəxsi mülkiyyəti kimi istifadə edirdi. Sarayın kollektivinə təhdid və təhqirlər yağdırırdı. Radikal dini qruplarla zala yığılır və gecələr həmin zalda məşq adı ilə qaranlıq, müəmmalı və qanunsuz fəaliyyətlə məşğul olurdu".

Bu sözləri müğənni Leyla Ramazanlının bacısı Xavər Ramazanlı Publika.az-a açıqlamasında deyib.

O, direktoru olduğu mədəniyyət sarayında baş verənləri belə sadalayıb: "Onun mənə şantajçı, qanunları saymayan qeyri-etik biri olduğu deyilmişdi. Həmin şəxsə qanunsuz fəaliyyətinə son qoymağı, dövlətə məxsus olan mədəniyyət sarayından ancaq aidiyyatı məqsədlə və qanun çərçivəsində istifadə etməyi tələb etdim. Saray kollektivinin iştirakı ilə Ricad Məmmədovun əməlləri barədə hüquq-mühafizə orqanlarına xəbər verdim.

X.Ramazanlı sarayın zalını icarəyə götürən şəxsin haqqında yalan məlumatlar yaydığını qeyd edib: "Qanuna uyğun olaraq onun icarə haqqında müqaviləsinə xitam verildi. Ricad Məmmədovun montaj olunaraq yaydığı səs yazısı həqiqəti əks etdirmir. Daha öncə çalışdığım Badamdar Mədəniyyət evində yerli əhalinin asüdə vaxtını əyləncəli keçirilməsi məqsədilə müxtəlif konsertlər və tədbirlər təşkil etmişəm, bu tədbirlərin xərclər paketini yerli icra hakimiyyəti öz öhdəsinə götürmüşdü. Mən məmur qızı yox, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Nurəddin Ramazanovun qızıyam. Şəhid övladı dövlətimdən hər zaman diqqət və qayğı görmüşəm. Şəhid qızı kimi şərəf və ləyaqətimi təhqir edən, özünü idmaçı adlandıran Ricad Məmmədovun haqqımda yaydığı uydurma xəbərləri təkzib edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm