Bakıda qadınlara qarşı cinayət törədənlər tutuldu
Bizi izləyin

Kriminal

Bakıda qadınlara qarşı cinayət törədənlər tutuldu

Bakıda soyğunçuluqla məşğul olan şəxslər tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 5-də rayon ərazisində Bakı şəhər sakini olan bir qadına məxsus içərisində pul, mobil telefon, açarlar və şəxsiyyət vəsiqəsi olan çantanı soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini M.Həsənov saxlanılıb.

Bundan başqa Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 18-də Bakı şəhər sakini olan bir qadının çantasından içərisində 40 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini O.Əzizov saxlanılıb.

Hər iki faktla əlaqədar araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm