"Lotu Quli"nin dəstə üzvləri belə SAXLANILDI - VİDEO
Bizi izləyin

Kriminal

"Lotu Quli"nin dəstə üzvləri belə SAXLANILDI - VİDEO

Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları Odessada azərbaycanlı “qanuni oğru” “Lotu Quli”nin (Nadir Səlifov) dəstə üzvlərini saxlayıb.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, dəstə üzvləri və təşkilatçılar regionun sahibkarlarından birini girov götürmək istəyərkən saxlanılıblar. Hüquq-mühafizə orqanının əməkdaşları 4 nəfər təşkilatçını ələ keçirib.

Ümumilikdə dəstəyə 10-dan çox yerli sakinin daxil olduğu bildirilir. Onlar süni şəkildə münaqişə vəziyyəti yaradaraq zərərçəkənlərdən problemi həll etmək üçün iri məbləğdə pul vəsaiti tələb ediblər. Vəsaitin ödənilməyəcəyi təqdirdə isə, insanları fiziki zorakılıqla hədələyiblər.

Qeyd olunub ki, dəstənin fəaliyyətinə “Lotu Quli” nəzarət edib.

Digər dəstə üzvlərinin də məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-istintaq tədbirləri görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm