• USD 1,7000 0,00% EUR 2,0046 -0,37%
    • GBP 2,2216 -0,38% RUB 0,0232 0,00%

Qətlə yetirilən 10 yaşlı Nərmin hamilə olub? - Baş Prokurorluq reaksiya verdi

  • Kriminal
  • 8 İyul 2020 20:08
  • 3 327 Baxış
Qətlə yetirilən 10 yaşlı Nərmin hamilə olub? - Baş Prokurorluq reaksiya verdi

Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq davam etdirilir.

Publika.az xəbər verir ki, Baş Prokurorluq hadisə ilə bağlı növbəti dəfə açıqlama yayıb.

Bildirilib ki, son günlər ərzində bir sıra sosial media səhifələrində və veb-saytlarda qeyd edilən cinayət işi ilə bağlı sensasiya naminə reallığı əks etdirməyən, qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olan informasiyaların yayılması müşahidə edilib.
Bununla bağlı Baş Prokurorluq bildirir ki, cəmiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən bu kimi məlumatların yayılması prinsipial, fundamental və konstitusion hüquqların pozulması, habelə istintaqın obyektiv gedişatına təsir kimi qiymətləndirilir: "Odur ki, qeyd edilənlərlə əlaqədar, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli məlumatları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməli, bu kimi məlumatların yerləşdirilməsinə diqqət və məsuliyyətlə yanaşılmalı, gələcəkdə belə xarakterli məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə buna cavabdeh olan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmələri məsələsinə baxılacaqdır".

Qeyd edək ki, son günlər yayılan məlumatlarda müəmmalı şəkildə itkin düşən və 2 ay sonra meyiti tapılan 10 yaşlı Nərminin hadisə vaxtı 4 aylıq hamilə olması və onun hazırda həbsdə olan İlkin Süleymanov tərəfindən öldürülməməsi iddia edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR