Azərbaycanda polis 2 çanta tapdı - İçindən külli miqdarda...
Bizi izləyin

Kriminal

Azərbaycanda polis 2 çanta tapdı - İçindən külli miqdarda...

Cəlilabad RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyulun 3-də Üçtəpə kəndi ərazisindən tapılmış 2 ədəd çantaya baxış zamanı 3 kiloqram 840 qrama yaxın heroin, 2 kiloqram 760 qram həşiş, 1 kiloqramdan artıq tiryək, 1 kiloqrama yaxın metamfetamin və 500 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm