Kriminal
Bakıda nazirliyin idarə rəisi və daha bir əməkdaşı həbs olundu
Xarici İşlər Nazirliyində (XİN) yeni saxlanılanlar var. Bu barədə məlumat verən mənbə bildirib ki, iyulun 7-də və 8-də daha iki nəfər tutulub. Bunlar nazirliyin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və bu idarənin əməkdaşı İlqar Əliyevdir.
"Onlar əvvəl həbs olunanların ifadəsi əsasında saxlanılıb. İlqar Əliyev iyulun 7-də tutulub. İyulun 9-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Faiq Bağırov isə bir gün sonra saxlanıb. O, həbs qərarı üçün bu gün (iyulun 10-da) axşamüstü məhkəmə qarşısına çıxarılmalıdır", - mənbə belə deyib.
Saxlanılanların hər ikisinə qarşı CM-nin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilir: "Onlara verilən ittiham, əsasən, rüşvətlə viza düzəldilməsiylə bağlıdır".Səbail Rayon Məhkəməsindən də İ.Əliyev barəsində həbs-qətimkan tədbiri seçilməsini təsdiqləyiblər.
Beləliklə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) XİN-də keçirdiyi əməliyyat nəticəsində tutulanların sayı 5-ə çatıb. Xatırladaq ki, iyulun 3-də keçirilən əməliyyat zamanı nazirliyin İşlər İdarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Mollazadə, bu idarənin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin şöbə rəisi Nurupaşa Abdullayev həbs olunmuşdu. Onların hər üçünün barəsində Səbail Rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
F.Mollazadə və S.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. N.Abdullayevə isə yalnız rüşvət alma ittihamı verilib. Onlar tenderlərdə tanış adamların yaratdığı şirkətləri qalib elan edib, həmin şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsini geri alıb mənimsəməkdə, xarici ölkə vətəndaşları üçün rüşvətlə viza düzəltməkdə suçlanır.
DTX-nın yaydığı videogörüntülərdə F.Molla-zadənin istintaqa ifadəsindən bir parça yer alıb. Həmin ifadədə o, tenderlər vasitəsilə korrupsiyaya yol verdiklərini etiraf edir və buna görə peşman olduğunu söyləyir.Bu maddələrlə 12 ilə qədər həbs cəzası nəzərdə tutulub. Həbs olunanlar DTX-nın istintaq təcridxanasında saxlanılır.
Xarici işlər naziri Elmar Məmmədyarov ilk dəfə baş verənlərə münasibətini bildirib, unikal.org-a açıqlamasında təəsüfləndiyini ifadə edib: "Bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir. Mənim açıqlamam istintaqın gedişinə təsir edə bilər. Həbslərə gəlincə, çox təəssüflənirəm. İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur".
virtualaz.org
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO