Novxanıda ata və oğlu bıçaqlandı
Bizi izləyin

Kriminal

Novxanıda ata və oğlu bıçaqlandı

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Ağamalıyev Ağamalı Rəcəb oğlu və onun övladı 1986-cı il təvəllüdlü Ağamalıyev Rəcəb Ağamalı oğlu yaşadıqları evin həyətində tanıdıqları şəxs tərəfindən bıçaqlanıblar.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı A. Ağamalıyevə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, R. Ağamalıyevə isə baş nahiyəsinin bir ədəd və qarın boşluğunun daxilə nüfuz edən iki ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

R. Ağamalıyevin vəziyyətinin ağır olduğu bildirilir.

Cinayətin təfərrüatları araşdırılır. / Report.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm