DİN cinayət törətməkdə şübhəli bilinən 34 nəfəri saxladı
Bizi izləyin

Kriminal

DİN cinayət törətməkdə şübhəli bilinən 34 nəfəri saxladı

Həftəsonu daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, iyulun 18-19-da törədilən 50 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm