Kürəkənini rayona apardı, çəkiclə öldürdü, yandırıb basdırdı – ŞOK SƏBƏB/TƏFƏRRÜAT
Bizi izləyin

Kriminal

Kürəkənini rayona apardı, çəkiclə öldürdü, yandırıb basdırdı – ŞOK SƏBƏB/TƏFƏRRÜAT

Lerik rayonunda törədilmiş dəhşətli qətl hadisəsinin səbəbləri üzə çıxıb.

Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Bakı şəhərində daimi yaşayan, əslən Lerikdən olan 1960-cı il təvəllüdlü Rzayev Akif Yədulla oğlunun kürəkəni, 1981-ci il təvəllüdlü Nuriyev Əkbər Məhəmmədəli oğlunu qətlə yetirməyi öncədən planlaşdırdığı məlum olub.

İlkin araşdırmalar zamanı məlum olub ki, bir neçə il əvvəl Əkbər Nuriyev Akif Rzayevin qızı ilə ailə həyatı qurub. Lakin evliliyin ilk vaxtlarından etibarən o xanımını mütəmadi olaraq çox ağır formada döyürmüş. Onun qadını vəhşicəsinə döyməsi nəticəsində qadın dəfələrlə ağır xəsarətlər alıb və hətta bu səbəbdən o, geridə qalan müddətdə ana ola bilməyib.

Son vaxtlar kürəkəninin onun digər qızına qarşı da xoşagəlməz rəftar etməsini, qızına yaxınlaşmaq istədiyini öyrənən 60 yaşlı A.Rzayev Əkbəri öldürmək qərarına gəlib. O, birlikdə Lerikə səfər edərkən kürəkənini mağazaya getmək adı ilə həyətə aparıb və bu zaman çəkiclə hücum edərək ondan xeyli cüssəli olan Əkbərin başına 5-6 ağır zərbələr endirib.

A.Rzayev ilkin ifadəsində bildirib ki, kürəkəni zərbələr nəticəsində ölməyib və onu sürüyərək həyətdəki tövləyə salıb. Bir neçə dəqiqə Əkbəri tövləyə bağlamaq və ya onu öldürmək fikri arasında tərəddüd edən şəxs daha sonra onu qətlə yetirib və meyitini təxminən 150 metr sürüyərək maşının baqajına yerləşdirib.

Daha sonra maşını meşəyə sürən şəxs kürəkəninin meyitini yandıraraq basdırıb.

Ə. Nuriyevin itkin düşməsi barədə polisə məlumat veriləndən xeyli sonra hadisənin qətl olması üzə çıxıb və A.Rzayev hadisəni törətdiyini etiraf edərək meyiti basdırdığı yeri göstərib.

Nizam Rza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm