Bakıda 29 ağır cinayətin üstü açıldı
Bizi izləyin

Kriminal

Bakıda 29 ağır cinayətin üstü açıldı

Bakıda bu ilin 6 ayı ərzində polis və prokurorluq orqanları ilə birgə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 143, o cümlədən 29 ağır və xüsusilə ağır cinayət açılıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.

Qeyd olunub ki, aparılan əməliyyat tədbirləri ilə dövlət iqtisadiyyatına təhlükə yaradan 11 saxta pul hazırlama və satma cinayət faktları aşkarlanıb.

Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılaraq, ağır və xüsusilə ağır cinayət törətdiyinə görə 129 təqsirləndirilən şəxs tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm