Bakıda törədilən cinayətlərin STATİSTİKASI
Bizi izləyin

Kriminal

Bakıda törədilən cinayətlərin STATİSTİKASI

2020-ci ilin 6 ayı ərzində Azərbaycan Respublikasında daxili işlər və prokurorluq orqanları tərəfindən qeydiyyata alınmış 12602 cinayətin 5362-si və ya 42,5%-i ölkə paytaxtı Bakı şəhərinin payına düşür.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildrilib.

Məlumata görə, qeydiyyata alınmış cinayətlərin 85,3%-ni az ağır və böyük ictimai təhlükə törətməyən, yalnız 14,7%-ni ağır və xüsusilə ağır növlər təşkil edir. 2019-cu illə müqayisədə ümumi cinayətlərin sayında 2,4%, adam öldürməyə cəhdlər üzrə 36,8%, qəsdən adam öldürmələrdə 37,8%, qəsdən sağlamlığa ağır zərər vurmalar üzrə 12,9%, mülkiyyət əleyhinə olan cinayətlərdə 10,0%, onlardan dələduzluqlarda 36,6%, ekoloji cinayətlərdə 2 dəfə, xuliqanlıqlarda isə 2,2 dəfə azalma dinamikası mövcuddur.

Qeyri-aşkar şəraitdə törədilən cinayətlərin 65,4%-nin açılması təmin edilib.

Şəxsiyyət əleyhinə olan cinayətlərin 94,8%-i, onlardan zorlama cinayətlərindən 80%-i, qəsdən adam öldürmələrin 89,3%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 94,8%-i açılıb.

Xarici vətəndaşlara qarşı törədilən cinayətlərin dinamikası sabit qalıb. Onların xüsusi çəkisi Bakı şəhəri üzrə cəmi 1 faiz təşkil edib.

Araşdırılan bu növ 52 hüquqpozmadan 43-ü və ya 82,7%-nin açılması təmin edilib.

Həmin cinayətlərdən 27-si və ya 62,7%-i az ağır və böyük ictimai təhlükə törətməyən, o cümlədən 4 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma faktlarından ibarətdir.

Zorakılığ cinayətlərinin ümumi sayı 1134 təşkil edərək, ötən illə müqayisədə 117 fakt (-9,4%) azalıb.

Bunlardan qadınlara qarşı törədilmiş faktların sayı 517 (-25; -4,6%) təşkil edib.

İctimai yerlərdə törədilən cinayətlər də 35,1% azalaraq 166 fakt (93-küçə, meydan, parkda, 73-ü digər ictimai yerdə, onlardan 2-si ictimai nəqliyyatda) olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm