Vəhşicəsinə öldürülən tələbə qızın atası: "Cinayətdə başqalarının əli var"
Bizi izləyin

Kriminal

Vəhşicəsinə öldürülən tələbə qızın atası: "Cinayətdə başqalarının əli var"

10 gün əvvəl Türkiyənin Muğla vilayətində keçmiş sevgilisi tərəfindən amansızlıqla öldürülən və daha sonra meyiti betonlanan Pınar Gültekinin ailəsi cinayətin 1 nəfər tərəfindən törədilmədiyini iddia edib.

Publika.az xəbər verir ki, qətlə yetirilən tələbə qızın atası Sıddıq Gültekin Pınarın keçmiş sevgilisi olan Cemal Metin Avcıya məxsus bütün telefon nömrələrini blokladığını deyib: "Pınar həmin adamdan uzaq durmağa çalışırmış. Biz əminik ki, bu hadisədə qatilə başqa şəxslər də kömək edib. Mən Pınarın səmimi münasibətdə olduğu bəzi dostlarından şübhələnirəm. Bu barədə istintaqa da demişəm. Həmin şəxslər Pınarın Cemala məxsus maşına minməsinə, onun fermasına getməsinə kömək ediblər".

Qeyd edək ki, hadisəni törədən şəxs evli olub. O, tələbə qızın ondan uzaqlaşmasından sonra qətl planı qurub və onu sonuncu dəfə görmək istədiyini deyib. Bu məqsədlə qızı fermasına aparan və orada birgə yemək yeyən şəxs daha sonra onu amansızlıqla öldürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm