Kriminal
Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi - RƏSMİ/VİDEO
Video əlavə edilib.
*****
Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Goranboy rayon prokurorluğundan Publika.az-a bildirilib ki, Goranboy rayon prokurorluğuna Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarovun koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin Qərarına zidd olaraq xüsusi karantın rejimində sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verməsi barədə məlumat daxil olmuşdur.
Araşdırmalarla Asəf Cabbarovun xidməti vəzifə səlahiyyətlərindən istifadə edərək ayrı-ayrı şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmələri və şəhər ərazisində rahat hərəkət edərək iş fəaliyyətləri ilə məşğul olmaları üçün qanunsuz olaraq 100 ədəd arayış tərtib etməklə verməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmış, Asəf Cabbarov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir.
04 avqust 2020-ci il tarixdə cinayət işinin ibtidai istintaqı tamamlanaraq aiddiyyəti üzrə baxılması üçün Naftalan şəhər məhkəməsinə göndərilmişdir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!