Gecə saatlarında dəhşətli cinayət - Bıçaqlayaraq öldürdülər - YENİLƏNDİ
Bizi izləyin

Kriminal

Gecə saatlarında dəhşətli cinayət - Bıçaqlayaraq öldürdülər - YENİLƏNDİ

Baş Prokurorluq Biləsuvarda törədilən qətllə bağlı məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda bildirilir ki, avqustun 06-da saat 23 radələrində Biləsuvar rayonu ərazisində 1982-ci il təvəllüdlü Elxan Vəliyevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin qohumu 1989-cu il təvəllüdlü Ayxan Heydərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Ayxan Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

*****

09:56

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

Hadisə gecə saatlarında Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, rayonun Nərimankənd kənd sakini, 1982-ci il təvəllüdlü Vəliyev Elxan 3 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Hadisənin təfərrüatları dəqiqləşdiilir. Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm