Xırdalanda ata öz oğlunu cinayətə ortaq etdi - TƏFƏRRÜAT/FOTO
Bizi izləyin

Kriminal

Xırdalanda ata öz oğlunu cinayətə ortaq etdi - TƏFƏRRÜAT/FOTO

Xırdalan şəhərində çoxmərtəbəli binaların yeraltı dayanacaqlarında velosipedləri oğurlayan şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən rədbir zamanı Xırdalan şəhər sakini Mahir Mirzəbəyov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs azyaşlı oğlunu binaların dayanacaqlarında sakinlərə məxsus velosipedləri oğurlamağa təhrik edib.

Mahir Mirzəbəyov isə kənardan oğurluq hadisəsini müşahidə edib.

Ata və övladının bu hərəkətləri binaların dayanacağında quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Azyaşlı velosipedləri oğurlayandan sonra atasına təhvil verib.

Mahir Mirzəbəyov isə velosipedləri dəyər-dəyməzinə satıb.

Oğurlanan velosipedlərdən bəziləri aşkar olunaraq maddi sübut kimi götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm