"Bandotdel" İmişli və Sumayıtda əməliyyat keçirdi - Tutulan var
Bizi izləyin

Kriminal

"Bandotdel" İmişli və Sumayıtda əməliyyat keçirdi - Tutulan var

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri ərazisində əməliyyat keçirib.

Publika.az xəbər verir ki, əməliyyat tədbiri nəticəsində şəhər sakini A.Məhərrəmov saxlanılıb. Şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış revolver tipli tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Bundan başqa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində İmişli şəhər sakini N.Məmmədovun yaşadığı evə baxış zamanı oradan nömrəsiz “AKS-47” markalı avtomat, 5 ədəd patron darağı, 167 ədəd müxtəlif çaplı patron, 1 ədəd “ME-800 General” markalı qaz tapançası, 1 ədəd “Agent” markalı qaz-siqnal tapançası və ona aid 3 ədəd patron aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm