"Bandotdel" Xırdalanda əməliyyat keçirdi
Bizi izləyin

Kriminal

"Bandotdel" Xırdalanda əməliyyat keçirdi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Xırdalan şəhəri ərazisində əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində orada yaşayan V.Hüseynovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu və 2 kiloqram 430 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm