Kriminal
Bakıda vəzifəli şəxsin oğlu bacısını niyə öldürdü? – ŞOK TƏFƏRRÜAT/ÖZƏL - VİDEO
Video əlavə olunub.
xxx
Sentyabrın 20-də Bakı şəhər Xəzər rayonu Türkan qəsəbəsində, qəsəbə icra nüamyəndəliyinin rəhbəri Rahil Babayevin oğlunun bacısını güllələyərək öldürməsi hadisəsinin təfərrüatları məlum olub.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. İlkin araşdırmalar zamanı məlum olub ki, R.Babayevin qızı, 1991-ci il təvəllüdlü Aydan bir müddət əvvəl ailə həyatı qursa da, onun izdivacı uğursuz olub və boşanaraq atası evinə qayıdıb. Bundan sonra qızla qardaşı, 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayev arasında tez-tez münaqişələr yaranmağa başlayıb. Gənc oğlan bacısının başqa şəxslə danışmaması və görüşməməsi ilə bağlı ona xəbərdarlıq edib. Bacısını daim nəzarətdə saxlamağa çalışsa da, A.Babayeva qardaşının tələblərinə məhəl qoymayıb, bəzi vaxtlarda evə gecə gəlib və ya gecələri ümumiyyətlə evə gəlməyib. Nəhayət sentyabrın 19-da axşam saatlarında qəsəbədə olmayan Məhəmmədəli bacısının evdə olub-olmamasını öyrənmək qərarına gəlib. Bu məqsədlə o, Aydana zəng edib. Lakin bacısı telefona cavab verməyib. Aydanın gecə evə gəlmədiyini öyrənən gənc oğlan onu öldürmək qərarına gəlib. Sentyabrın 20-də səhər saatlarında evə qayıdan M.Babayev tüfənglə bacısını güllələyərək öldürüb.
O, hadisədən dərhal sonra polis şöbəsinə gedərək təslim olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bir müddət əvvəl R.Babayevin adı ahıl qadınların torpaqlarının ələ keçirilməsi ilə bağlı qalmaqalda hallanıb. Belə ki, dələduzluqla məşğul olan şəxslər icra nümayəndəsinin adından saxta sənədlər hazırlayaraq torpaqları ələ keçiriblər.
Muxtar
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ