Bakıda quldurluq - Başına daşla vurub pullarını götürdülər
Bizi izləyin

Kriminal

Bakıda quldurluq - Başına daşla vurub pullarını götürdülər

Bakıda quldurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Ramazanov sentyabrın 20-də M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində 2 nəfərin daşla onun baş nahiyəsinə vurub cibindən 75 manat pulunu və mobil telefonunu götürdüklərini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Heydərov və F.Heydərov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm