Kriminal
Məhkəmə Eldar Həsənovun şikayəti ilə bağlı qərar verdi
Bu gün Bakı Apellyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilən, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərardan apellyasiya şikayətinə baxılıb.
Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb. Məhkəmənin qərarı ilə Eldar Həsənovun ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı şikayəti təmin olunmayıb.
Xatırladaq ki, Nəsimi rayon Məhkəməsində Eldar Həsənovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılsa da, məhkəmə vəsatəti təmin etməyib.
E.Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi